2024
Türk Dünyasında Yaşıl və Dairəvi İqtisadiyyat: Keçid üçün Yol Xəritəsi
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə 23–26 may 2024 tarixlərində keçirilən İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı (ISCEMR) çərçivəsində “Türk Dünyasında Yaşıl və Dairəvi İqtisadiyyat: Keçid üçün Yol Xəritəsi” mövzusunda panel keçirilmişdir. Panelə Hayati Beşirli moderatorluq etmiş, çıxışçılar qismində İlhan Öztürk (BƏƏ), Ayfer Gedikli (Türkiyə), Dinmuhammed Kelesbayev (Qazaxıstan) və Maria Koçkorbayeva (Qırğızıstan) iştirak etmişlər. Paneldə Türk dünyasında yaşıl iqtisadiyyatın inkişafı, davamlı transformasiya və regional əməkdaşlıq imkanları müzakirə olunmuşdur. Tədbir Türk İşbirliği ve Koordinasyon Ajansı (TİKA) və Türk Dünyası Araştırmaları Vakfı tərəfindən dəstəklənmişdir. Konfrans çərçivəsində “Türk Dünyasında Yeşil və Dönüşüm Ekonomisi: Geçiş İçin Yol Haritası” adlı elmi nəşr də təqdim edilmişdir.