ITWEC Logo

PANEL 2: Birinci Türkoloji Qurultayın Dərsləri və Türkologiyanın Müasir Vəzifələri

Bu panel, Birinci Türkoloji Qurultayının elmi və metodoloji irsini yenidən qiymətləndirməklə, türkologiyanın formalaşma mərhələsində əldə olunan əsas nəticələrin müasir elmi yanaşmalar kontekstində təhlilini məqsəd qoyur. Xüsusilə dilçilik, ədəbiyyatşünaslıq, tarix və mədəniyyət tədqiqatları çərçivəsində Qurultayın müəyyən etdiyi prioritet istiqamətlərin bugünkü tədqiqat gündəliyinə təsiri, həmçinin qloballaşma və rəqəmsallaşma şəraitində türkologiyanın qarşısında duran yeni çağırışlar və vəzifələr müzakirə olunacaqdır. Panel çərçivəsində terminoloji vahidlik, ortaq elmi platformaların yaradılması, arxiv materiallarının rəqəmsallaşdırılması və beynəlxalq akademik əməkdaşlıq mexanizmləri kimi məsələlərə xüsusi diqqət yetiriləcəkdir. Bununla yanaşı, türkologiyanın gələcək inkişaf perspektivləri, multidissiplinar yanaşmaların rolu və Türk dünyası üzrə inteqrasiya olunmuş elmi tədqiqat strategiyalarının formalaşdırılması istiqamətində təkliflər irəli sürüləcəkdir.