Konfransa Dəvət

Konfransa Dəvət
Əziz  tədqiqatçılar və iş dünyasının dəyərli təmsilçiləri, 16-17 May 2025-ci il tarixlərində "Ortaq Gələcək: Sosial-İqtisadi İnnovasiyalar" mövzusunda təşkil olunacaq Beynəlxalq Türk Dünyası İqtisad Konfransında sizi görməkdən məmnun olarıq. Konfransda Türk Dünyasında iqtisadi inkişaflar, regional əməkdaşlıqlar, davamlı inkişaf strategiyaları və iqtisadi innovasiyalar elmi çərçivədə müzakirə ediləcəkdir.

İştirakçılar, iqtisadiyyat, idarəetmə, maliyyə, beynəlxalq ticarət və logistika, mühasibatlıq, dövlət idarəçiliyi, beynəlxalq əlaqələr, kommunikasiya və kommunikasiya texnologiyaları kimi sahələrdə aparılan tədqiqatları qiymətləndirmək imkanı əldə edəcək və bu sahələrdəki bilik və təcrübələrini paylaşacaqlar. Konfransa qəbul olunan məruzələrə həm onlayn, həm də üzbəüz təqdimat imkanı təmin ediləcək və məruzə müraciətlərinin son qəbul tarixi 20 mart 2025-ci il olaraq müəyyən edilib. Bundan əlavə, qəbul olunan məruzələrin tam mətnlərinin təqdim edilməsi üçün son tarix 30 aprel 2025-ci ildir.

İştirakınızın, bu sahədə aparılmış akademik işlərə töhfə verəcəyinə inanaraq, məruzələrinizi səbirsizliklə gözləyirik.

Hörmətlə,
Konfrans Təşkilat Komitəsi

Beynəlxalq Türk Dünyası İqtisad Konfransının seçilən iştirakçıları arasında yerini al