Məruzələrin təqdim edilmə qaydaları

Konfransa göndəriləcək məruzələr:
Konfransa daha əvvəl başqa hər hansı bir yerdə nəşr və məruzə olunmamış orjinal tədqiqat işləri göndərilməlidir. Konfransın daha çox tədqiqatçının iştirakını təmin edə bilməsi üçün bir müəllif eyni anda maksimum 2 məruzə ilə iştirak edə bilər.   Məruzə yalnız müəlliflərin özləri tərəfindən göndərilməli və təqdim edilməlidir. Məruzələr Xülasə, Giriş, Ədəbiyyat, Metod, Nəticələr, Nəticə və Təkliflər hissələrindən ibarət olmalıdır.
Məruzə 1000-7000 (min – yeddi min) söz olmalı ve xülasə 200-1000 (iki yüz - min) sözü keçməməlidir.

Yazı qaydası: istinadlar APA stilinə uyğun olaraq qeyd olunmalı ve DOI nömrəsi (əgər varsa) əlavə edilməlidir. Konfransa təqdim olunacaq elmi işin başlığı Times New Roman 16 şrifti ilə;   tədqiqatın əsas mətn hissəsi Times New Roman 12 şrift, cədvəl, şəkil və qrafiklərin daxili yazıları, başlıqları və alt şərhləri  Times New Roman 9 şrift, sətir aralığı - 1.5, səhifə ölçüləri isə hər tərəfdən 2.5 cm şəklində olmalıdır. Məruzələr konfrans dilində yazılmalı və yazıldığı dil ilə yanaşı ingilis dilində də xülasə yazılmalıdır. Maksimum 5 açar söz olmalıdır.

Göndərmə forması: Yalnız Word formatında qəbul ediləcəkdir (PDF qəbul edilmir). Məruzələr göstərilən tarixə qədər göndərilməlidir.

Şəkillər: Şəkil, cədvəl və s. yüksək keyfiyyətli/oxunaqlı olmalıdır.

Dil seçimi: Türk Dilləri (Azərbaycan, Türkiyə, Qazax, Qırğız, Özbək, Türkmən) İngilis dili, Rus dili

Ön qiymətləndirmə: Plagiat dərəcəsi, akademik dil, orfoqrafiya qaydalarına uyğunluq yoxlanılacaq və daha sonra müsbət qiymətləndirilmiş mətnlər rəyçilərə göndəriləcək.

Rəyçinin qərarı: Qəbul, redaktə edildikdən sonra qəbul və ya rədd.

Qiymətləndirmə meyarları: Başlıq-məzmun uyğunluğu, ədəbiyyat və metoda uyğunluq, elmi töhfə, aktuallıq, orijinallıq və yazı adekvatlığı nəzərə alınır.

İştirak sertifikatı yalnız onlayn və ya əyani şəkildə təqdim edilən məruzələr üçün veriləcəkdir.

Beynəlxalq Türk Dünyası İqtisad Konfransının seçilən iştirakçıları arasında yerini al